“Xoşbəxtliyiniz yarım qalmasın” - Növbəti görüşü

“Xoşbəxtliyiniz yarım qalmasın” - Növbəti görüşü
  04 May 2018    Oxunub:985
“Xoşbəxtliyiniz yarım qalmasın” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərinin könüllüləri üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Cavid Cahangirli tərəfindən İİV/QİÇS ilə bağlı maarifləndirici görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə bu xəstəliyin yaranma səbəbləri, əlamətləri, onunla mübarizə yolları mövzusunda təqdimatlar edilib.



Qeyd edək ki, “Xoşbəxtliyiniz yarım qalmasın” layihəsi “ASAN xidmət”, Respublika Müalicəvi Diaqnostika Mərkəzi və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir. Gənclərin cinsi və digər yol ilə keçən infeksion ,həmçinin qan xəstəlikləri barədə məlumatlandırılması məqsədi ilə layihə çərçivəsində ixtisaslaşmış həkim-mütəxəssislər tərəfindən maarifləndirici görüşlər, təlimlər təşkil olunacaq.











AzVision.az


Teqlər: ASAN   Könüllü   Həkim  





Xəbər lenti