Hafiz Hacıyev: `Oğlum və qızım İlham Əliyevə səs verəcək`

Hafiz Hacıyev: `Oğlum və qızım İlham Əliyevə səs verəcək`
  09 Oktyabr 2013    Oxunub:1205
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.
Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Müasir Müsavat partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev 8 saylı Binəqədi I Seçki dairəsi 31 saylı seçki məntəqəsində səs verməklə yanaşı, jurnalistlərə açıqlama verib.

O, deyib ki, bəzi qüvvələr istəyir bizi xarici ölkələrin başıqapazlısı eləsin, amma bu mümkün deyil. Bizi heç kim yıxa bilməz.

H.Hacıyev qeyd edib ki, oğlu və qızı İlham Əliyevə səs verəcək.

Mirvari Nəzərova






Teqlər:  





Xəbər lenti