Paşinyanın baş nazir postuna namizədliyi təsdiqlənib

Paşinyanın baş nazir postuna namizədliyi təsdiqlənib
  03 May 2018    Oxunub:1753
Ermənistan parlamentinin bu gün keçirilən iclasında Nikol Paşinyanın baş nazir postuna namizədliyi irəli sürülüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın namizədliyi deputatların 1/3-nin səs coxluğu ilə təsdiqlənib.

Xatırladaq ki, Paşinyan parlamentin 1 may tarixində keçirilən xüsusi iclasında baş nazir seçilməyib. Qanunvericiliyə əsasən, baş nazir seçilmədiyi halda 7 gün ərzində yenidən baş nazir seçkisi keçirilir. İkinci səsvermədə də baş nazir müəyyən edilməsə, parlament buraxılır və növbədənkənar seçki təyin edilir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti