Morniqstar səsverməni izləyib

Morniqstar səsverməni izləyib
  09 Oktyabr 2013    Oxunub:820
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar Bakıdakı seçki məntəqələrinin birində prezident seçkisini müşahidə edib.

Morniqstar səfirliyin əməkdaşları ilə 20 saylı Nərimanov ikinci seçki dairəsinin 18 saylı məntəqəsində səsvermə prosesini izləyib.

Səfir məntəqədə beynəlxalq və yerli müşahidəçilərə, siyasi partiyaların nümayəndələrinə yaradılan şəraitlə tanış olub.

Morniqstar məntəqəyə gələn ilk seçicilərin öz vətəndaş mövqeyini necə yerinə yetirməsini izləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti