Səsvermə başlayıb

Səsvermə başlayıb
  09 Oktyabr 2013    Oxunub:902
"Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. 5 milyondan artıq seçicinin iştirak edə biləcəyi seçkidə 10 namizəd iştirak edir. 5492 məntəqədə şərait yaradılıb ki, səs versin".

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün seçkinin açılış brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 1400-ə yaxın beynəlxalq təskilatın nümayəndəsi və 52 min yerıi müşahidəçi seçkini izləyəcək: "Həm müşahidəçilər həm də kiv nümayəndələri üçün şərait yaradılıb ki, müşahidə etsinlər. Əsas subyekt Azərbaycan seçiciləridir".

M. Pənahov vurğulayıb ki, MSK şəffaflıq prinsipjmə önəm verdiyi üçün müşahidə etmək istəyənlərə şərait yaradıb: "Bu məqsədlə veb kameralar quraşdırılıb. Onlar artıq fəaliyyətdədir. Dünyanın istənilən nöqtəsindən MSK-nın saytına daxil olmaqla prosesi izləmək olar. Seçki subyektləri böyük çeşiddərdir. MSK maarifəndirmə istiqamətində işlər aparb ki, xoşagəlməz hadisələr baş verməsin".

Daha sonra dövlət himninin səslənib və seçkilərə start verilib.

Qeyd edək ki, 5 milyon 145 min 643 seçici səs verəcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti