Paşinyan ümummilli tətil elan etdi - (Yenilənib)

Paşinyan ümummilli tətil elan etdi - (Yenilənib)
  02 May 2018    Oxunub:7053
Nikol Paşinyan Ermənistan xalqını ümummilli tətilə çağırıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müxalif deputat sabahdan etibarən aksiyaların davam edəcəyini bildirib.
O, tərəfdarlarına İrəvanın əsas yollarını bağlamağı tapşırıb: “Sabah 08.15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”.

***
Bu gün Ermənistan parlamentinin xüsusi iclasında baş nazir seçilməyən deputat Nikol Paşinyanın tərəfdarları fasiləsiz mitinqlərin keçirilməsinə qərar veriblər.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar Paşinyan qalib gələnədək mitinqlər keçirməyə hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib. İclasda yeni baş nazirin seçilməsi səsverməyə çıxarılıb. Etiraz hərəkatının lideri Nikol Paşinyan yeganə namizəd olsa da, hakim partiyanın deputatları ona səs vermədiyi üçün baş nazir seçilməyib.

AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti