Pentaqonun insanabənzər robotu –VİDEO

Pentaqonun insanabənzər robotu –VİDEO
  09 Oktyabr 2013    Oxunub:1075
ABŞ-ın "Boston Dynamics" robot şirkəti yıxılmaq bilməyən insanabənzər "Atlas" adlı robotu sınaqdan keçirib.
AzVsison.az `BBC` istinadən xəbər verir ki, Bu layihə Pentaqonun DARPA qabağcıl texnologiyalı tədqiqat layihələri agentliyi tərəfindənqismən maliyyələşdirlir.

Atlas insanın çətinliklə qət edə bildiyi daş-kəsəkli, nahamar yolları müvazinətini itirmədən keçə bilir.

Bu robot hətta böyürdən zərbə aldıqda belə müvazinətini saxlaya bilir və yıxılmır.

Pentaqonun maliyyələşdirdiyi digər layihə "WildCat" adlı dördayaqlı robotdur. Bu robot dördayaqlı vəhşi heyvana bənzər sürətlə qaçır, sıçrayış edəır və qaçan vəziyyətdə dönərək hərəkətinin istiqamətini dəyişə bilir.

Robotları hazırlayan qrup bildirib ki, bu maşınlar təkcə hərbiyydə yox, eləcə də tikinti işlərində də istifadə oluna bilər.

Elmi qrup hazırda robot istehsalı xərclərinin azaldılması üzərində səyləri də davam etdirməkdədir.



















Teqlər:







Xəbər lenti