“Sarkisyan hakimiyyətə qayıtmaq istəyir” - Paşinyan

“Sarkisyan hakimiyyətə qayıtmaq istəyir” - Paşinyan
  01 May 2018    Oxunub:2746
Serj Sarkisyan başda olmaqla Respublikaçılar Partiyası baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsverməni pozmaq istəyir.

AzVision.az xəbər verir ki, bunu Ermənistanda baş nazir postuna yeganə namizəd, müxalifətin lideri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.
O, qeyd edib ki, bu barədə qərar ötən gecə Respublikaçılar Partiyasının keçirdiyi müşavirədə qəbul edilib:

“Respublika meydanında yüz minlərlə insan toplaşıb öz iradə və dəstəyini göstərməlidir. Biz Serj Sarkisyanın yeni planını pozmalıyıq. Planın mahiyyəti seçkiləri pozmaq və hakimiyyəti yenidən bərpa etməkdir. Belə ki, Respublikaçıların planı bir həftədən sonra öz namizədlərini irəli sürməkdir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Baş-Nazir  





Xəbər lenti