Prezident ailəsi ilə “Formula-1” yarışlarını izlədi - (VİDEO+FOTOLAR)

Prezident ailəsi ilə “Formula-1” yarışlarını izlədi - (VİDEO+FOTOLAR)
  29 Aprel 2018    Oxunub:6078
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.



Dövlət başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.



Sonra pilotların paradı və açılış mərasimi keçirilib.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qalıb.









AzVision.az

Qalereya




Teqlər: İlham-Əliyev   Prezident   Mehriban-Əliyeva   Final   Formula-1  





Xəbər lenti