İrəvana gedən rusiyalı deputat Paşinyanı təhqir etdi

İrəvana gedən rusiyalı deputat Paşinyanı təhqir etdi
  28 Aprel 2018    Oxunub:4772
“Nikol Paşinyan səfeh-səfeh danışır və ona hakimiyyəti etibar etmək olmaz”

AzVision.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, bunu İrəvanda erməni deputatlarla görüşü zamanı Ermənistan-Rusiya Parlamentlərarası Komissiyasının həmsədri, Rusiya Federal Məclisi Federal Şurasının üzvü Nikolay Rıjkov söyləyib.
“RBK telekanalında onun çıxışını izləmişəm. Bu axmaq heç vaxt baş nazir olmayacaq”- deyə Rıjkov bildirib.

Ermənistan-Rusiya Parlamentlərarası Komissiyasının üzvü Çernenko isə bildirib ki, Nikolay Rıjkovun sözlərində təhqiramiz bir şey yoxdur: “Rus nağıllarının qəhrəmanı “Axmaq İvanuşka”dır. O, isə heç də pis personaj deyil”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Ermənistan   Aksiya  





Xəbər lenti