Zəvvarlarmız üçün yaradılan məntəqədə hazırlıq işləri başa çatıb

Zəvvarlarmız üçün  yaradılan məntəqədə hazırlıq işləri başa çatıb
  09 Oktyabr 2013    Oxunub:929
QMİ-nin Məkkədə olan nümayəndə heyətində verilən məlumata görə, səsvermə məntəqəsi Səudiyyə Ərəbistanın ən böyük oteli olan “Ənnuzha” otelində yaradılıb.

Artıq seçki bülletenləri və seçki qutusu məntəqəyə çatdırılıb, məntəqə səsvermə üçün tam hazır vəziyyətə gətirib. Seçki prosesinə Mərkəzi Seçki Komissiyasının Məkkədə olan səlahiyyətli nümayəndəsi Ramin Nurəliyev nəzarət edir.

Qeyd edək ki, ziyarətin təşkilatçısı olan QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti də Məkkədədir və seçkilərin keçirilməsi ilə bağlı işlərin təşkilinə yardım edir. Şeyx özü də sabah Məkkədə səs verəcək.

Azərbaycandan ümumilikdə 3700 nəfər Həcc ziyarətinə yollanıb.(apa)



Teqlər:





Xəbər lenti