Xədicə İsmayıl Natiq Cəfərlini “troll”lara söydürdü – FOTOFAKT

  27 Aprel 2018    Oxunub : 23559
Xədicə İsmayıl Natiq Cəfərlini “troll”lara söydürdü – FOTOFAKT
Avropa Şurasının Parlament Assambleyasında Korrupsiya ilə bağlı hesabatının qəbulu Azərbaycanın müxalif düşərgəsində də qarşıdurmaya səbəb olub. Hər şey ReAl hərəkatının icra katibi Natiq Cəfərlinin yazdığı statusdan sonra başlayıb. Bunun ardınca Xəricə İsmayıl ona hücum çəkib, ardınca isə AXCP-nin məşhur “troll”larını da ReAl-ın icra katibinin üstünə yönəldib.
Hesabatdakı məlum məqamların birinə və radikal müxalifətin ona reaksiyasına münasibət bildirən Natiq Cəfərli statusunda deyib ki:
“Siyasətçilərin “namus-qeyrət” mövzusuna girmələri çox qəribə görünür. Bəzi siyasi kimliyi olan insanların siyasi mövzulara “namus-qeyrət” pəncərəsindən baxmaları gülüncdür”.

Bunun ardınca radikal müxalifətin namus-qeyrət simvolu Xədicə İsmayıl məsələnin incəliklərini Natiq Cəfərliyə xırdalamaq fikrinə düşüb. O, statusu “screen” edərək, öz səhifəsində şərh verməklə paylaşıb və Cəfərlini “seks xidməti şəklində rüşvətə haqq qazandırmaqda” ittiham edib. Nəticədə Natiq Cəfərli ilə arasında mübahisə başlayıb.



Qarşılıqlı söz savaşında Natiq Cəfərlinin tərəfdarları Xədicə İsmalıyı “qazançanı tapança oxumaqda” ittiham ediblər.



Qarşıdurma qızışdıqdan sonra cəbhəçilər də meydana daxil olublar. Onlar Cəfərlinin statusunda nəzərdə tutduğu “gülünc”, “siyasi kor” olan şəxsin Əli Kərimli olduğunu iddia ediblər. Bundan sonra isə Natiq Cəfərliyə hətta təhqirlər də ünvanlanıb. Və müzakirə lap gərginləşib.



Hazırda mövzu ətrafında qarşıdurma davam edir. Hələlik Natiq Cəfərli "İndi o qızlar çıxıb desәlər ki, “yaxşı elәmişik, özümüz bilәrik”, onda nә edәcәksiniz?" deməklə, söhbətə son qoyub. Ancaq bu barədə bazar günü daha geniş yazacağını da qeyd edib.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Natiq-Cəfərli   Xədicə-İsmayıl   AŞPA   Hesabat