Məmmədyarov MDB nümayəndə heyətini qəbul edib

Məmmədyarov MDB nümayəndə heyətini qəbul edib
  08 Oktyabr 2013    Oxunub:920
Xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də MDB müşahidə missiyasının rəhbəri və MDB-nin İcraiyyə komitəsinin sədri və icraçı katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, S. Lebedev MDB-nin 276 müşahidəçi ilə seçkiləri izləyəcəyi barəsində məlumat verərək, Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb və MDB müşahidə missiyasının bütün Azərbaycan ərazisi boyunca seçkiləri müşahidə edəcəyini bildirib.

S. Lebedev seçki məntəqələrinin tam şəkildə seçkilərə hazır olduğunu qeyd edərək, seçkilərin azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.

E. Məmmədyarov ümumiyyətlə seçki prosesinin sərbəst və demokratik mühitdə keçdiyini qeyd edərək, bütün yerli və xarici müşahidəçilərin, o cümlədən MDB-nin müşahidə missiyasının fəaliyyəti üçün hər cür imkanların yaradıldığını bildirib.

Görüş əsnasında MDB-nin bu ilin oktyabrında Minskdə keçiriləcək Zirvə toplantısı və MDB ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti