Cənubi və Şimali Koreya arasında barış sazişi imzalandı

Cənubi və Şimali Koreya arasında barış sazişi imzalandı
  27 Aprel 2018    Oxunub:1713
“Şimali və Cənubu Koreya bundan sonra tam və hərtərəfli münasibətlərin yaxşılaşdırılması üçün çalışacaq, bununla da ölkələr arasında münasibətlərin inkişafına nail olacaqlar”
AzVision.az xəbər verir ki, bu barədə Koreya Respublikasının prezidenti Mun Çje İn və Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın birgə imzaladığı “Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmundjom Bəyannaməsi”ndə bildirilib.

Qeyd olunub ki, tərəflər Koreya yarımadasında nüvə tərksilahı aparacaq və bu istiqamətdə beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün fəal səylər göstərəcəklər.

Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkə bir-birinə qarşı düşmənçilik fəaliyyətlərini dayandırırlar. Sənədə əsasən, Koreya yarımadasında bundan sonra heç vaxt müharibə olmayacaq: “Cənubi Koreya və KXDR, nəhayət ki, 1953-cü ildən bəri davam edən atəşkəsin sona çatmasını və onun sülh sazişinə çevrilməsini elan edir. Bu məqsədlə Cənubi Koreya, KXDR və ABŞ möhkəm sülh sisteminin bərqərar olması üçün üçtərəfli və ya dördtərəfli sammitlər keçirməlidir”.

Razılığa gəlinib ki, Cənubi Koreya Prezidenti Mun Çje İn KXDR-ə səfər edəcək. Səfər bu ilin payızında baş tutacaq.

AzVision.az



Teqlər: KXDR   Koreya  





Xəbər lenti