Paşinyan hakimiyyəti danışıqlara çağırdı

Paşinyan hakimiyyəti danışıqlara çağırdı
  27 Aprel 2018    Oxunub:1365
Ermənistanın müxalifət lideri Nikol Paşinyan ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanı danışıqlara dəvət etdiyini bəyan edib.
“Ermənistan Respublika Partiyası Karapetyanı danışıqlarda səlahiyyətli nümayəndə etmək qərarına qəlib. Biz bunu nəzərə alırıq və, əvvəlki kimi, danışıqlar prosesini bizim gündəliyimiz çərçivəsində davam etdirməyə hazır olduğumuzu bildiririk. Mən Karapetyanı sabah 12.00-da danışıqlara başlamağa dəvət edirəm”, - deyə Nikol Paşinyan qeyd edib.

O, danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsinin vacibliyini vurğulayıb: “Bağlı qapı arxasında hakimiyyətlə danışıqlar aparmayacağıq”, - deyə Paşinyan əlavə edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla ölkədəki vəziyyətə dair danışıqlar aparıb. (APA)

AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti