Məmmədyarov sabahkı seçkilərdən danışdı

Məmmədyarov sabahkı seçkilərdən danışdı
  08 Oktyabr 2013    Oxunub:900
Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi və seçki müşahidəçilərin fəaliyyəti üçün yaradılmış şərait müzakirə olunub.
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa qurumları, o cümlədən Avropa Parlamenti arasında qurulmuş əməkdaşlığın əhəmiyyəti qeyd olunmuş və əlaqələrin daha da inkişaf etdirilməsi üçün aparılan danışıqların hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi və seçki müşahidəçilərin fəaliyyəti üçün yaradılmış şərait müzakirə olunub.

Nazir Elmar Məmmədyarov qonaqlara Azərbaycanın əsas makro iqtisadi göstəriciləri, əldə edilmiş iqtisadi və siyasi sabitlik, həyata keçirilmiş iri layihələr və ölkəmizin regionun inkişafına verdiyi töhfələr barədə məlumat vermişdir.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov, hazırkı status-kvonun qəbul edilməz olduğunu, münaqişənin nizamlanma prosesində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini xüsusi vurğulayıb.

Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Pino Arlaçi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Avropa Parlamentinin daha yaxından iştirakına tərəfdar olduqlarını bildirib.


Teqlər:  





Xəbər lenti