Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir keçirilib

Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir keçirilib
  25 Aprel 2018    Oxunub:2605
Bakıda “Azərbaycan Xalq Cumhuriyyəti: Tarixi reallıqlar və müasirlik” mövzusunda dəyrmi masa keçirilib.
AzVision.az-ın məlumatıan görə, Ana Vətən Partiyasının (AVP) təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ziyalılar, tarixçi alimlər, partiyanın fəalları iştirak ediblər.

Tədbiri giriş nitqilə açan AVP sədri, deputat, tarix üzrə elmlər doktoru Fəzail Ağamalı bildirib ki, prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi Azərbaycanın tarixinə, dövlətçiliyinə, Xalq Cümhuriyyətinə verdiyi böyük önəmdir.

Daha sonra tarix üzrə elmlər doktoru Vaqif Abışov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanın ağır durumu, azərbaycanlılara qarşı keçirilən soyqırım cinayətlərindən danışıb.

Dəyirmi masada çıxış edən tarix üzrə fəlsəfə doktorları Kamran İsmayılov və İlqar Niftəliyev və Tofiq Mustafazadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyətinin əsas istiqamətləri, xarici siyasəti və beynəlxalq vəziyyətindən, dövlətçiliyimizdəki yerindən bəhs ediblər.

Tədbir müzakirələrdən sonra başa çatıb.





Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti