“Sarkisyanın istefası ilə inqilab başa çatmayıb” - Paşinyan

“Sarkisyanın istefası ilə inqilab başa çatmayıb” - Paşinyan
  25 Aprel 2018    Oxunub:2220
“Düşünürəm ki, inqilab Respublikaçılar partiyasına aydın mesaj idi ki, bu partiya hakimiyyətdə qala bilməz. Sarkisyanın istefası hələ inqilabın uğurla yekunlaşması demək deyil. Serj Sarkisyan getdi, amma respublikaçılar iqtidardadır. Onlar hakimiyyətdən məhrum olmalıdır ki, Serj Sarkisyan respublikaçılar vasitəsilə hakimiyyəti idarə edə bilməsin”.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Yelk (Çıxış) fraksiyasının rəhbəri, Ermənistandakı küçə hərəkatının lideri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, nümayişçilər hakimiyyətə öz istəyini diqtə etməlidir:

“Ölkə rəhbərliyi bizim tələblərimizin hamısını qəbul etməlidir. Ona görə də, günlərdir küçələrdə növbə çəkən insanlarımızı bu gün saat 11:00-dan başlayaraq vətəndaş itaətsizliyinə çağırıram. Həmin vaxt biz də Respublika meydanında olacağıq. Anlamalıdırlar ki, Respublikaçılar bir də hakimiyyət başına keçməyəcək. Əvvəlki idarəetmə sisteminə qayıtmamaq üçün konkret addımlar atılmalıdır”.

Qeyd edək ki, Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyanla görüşü nəzərdə tutulsa da, məlum olmayan səbəbdən görüş alınmayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti