Özəl təhsil müəssisələrində yoxlamalar aparılmayacaq

Özəl təhsil müəssisələrində yoxlamalar aparılmayacaq
  08 Oktyabr 2013    Oxunub:968
“Bu tədris ili ərzində akkreditasiya keçiriləcək təhsil müəssisələrinin siyahısı müəyyənləşdirilməyib”.
AzVision.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib.

Nazirlik bildirib ki, Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların 4.3-cü bəndinə əsasən lisenziya almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin lisenziya tələblərinə və şərtlərinə uyğunluğunun yoxlanılması nəzərdə tutulur. Hazırda özəl ümumi təhsil müəssisələrində Nazirlik tərəfindən yoxlamaların aparılması nəzərdə tutulmayıb.

Eyni zamanda nazirlik qeyd edib ki, bu tədris ili ərzində akkreditasiya keçiriləcək təhsil müəssisələrinin siyahısı müəyyənləşdirilməyib.
.


Teqlər:  





Xəbər lenti