Prokurorluqdan Fuad Qəhrəmanlıya xəbərdarlıq - EKSKLÜZİV

Prokurorluqdan Fuad Qəhrəmanlıya xəbərdarlıq - EKSKLÜZİV
  08 Oktyabr 2013    Oxunub:930
Bakı şəhər prokuroru Əziz Seyidov Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlıya xəbərdarlıq edib. Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, xəbərdarlıq F. Qəhrəmanlının son vaxtlar ayrı-ayrı KİV-nə verdiyi açıqlamalarda partiyanın ayın 10-dan etibarən kütləvi aksiyalara başlaması ilə əlaqədardır.

Həmin xəbərdarlıqda bildirilir ki, son zamanlar AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarda, azad və demokratik seçki prossesində uduzacaqlarını başa düşdüyünə görə, oktyabr ayının 10-dan etibarən kütləvi aksiyala start veriləcəyini və seçki saxtakarlığına qarşı mübarizə aparacaqlarını, kütləvi aksiyaların Bakı şəhərini və ölkənin digər bölgələrini də əhatə edəcəyini bəyan edib.

Prokurorluq rəsmisi kütləvi aksiyanın təşkilatçılarından biri kimi F.Qəhrəmanlının xəbərdar edir ki, planlaşdırdığı toplantının «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq qaydada keçirilməsi, tədbirin yalnız Bakı şəhər İcra hakimiyyəti orqanı ilə razılaşdırılmış vaxtda, yerdə və marşrutlar üzrə reallaşdırılması üçün məsuliyyət daşıyırsınız və həmin tələblərin pozulması halları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət yaradır:

`Əks təqdirdə, bütün məsuliyyət qanunsuz və təxribat xarakteri daşıyan mitinqin təşkilinə cavabdeh olan təşkilatçıların üzərinə düşəcək. Razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada qətiyyətlə alınacaqdır. Belə hərəkətlərin Azərbaycan Respublikası CM-nin 220-ci (kütləvi iğtişaş) və 233-cü (İctimai qaydanın pozuntusuna səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə məsuliyyət yaratdığı nəzərinizə çatdırılır`.

Ə.Seyidov göstərilənlərə əsasən, «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsini rəhbər tutaraq, AXCP sədrinin müavininə xəbərdarlıq edir ki, Bakı şəhər İcra hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilən qaydada alınmaqla, kütləvi aksiyanın təşkilatçılarından biri kimi Sizin haqqınızda qanunda nəzərdə tutulmuş müvafiq təsir tədbirləri görüləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti