Kadırov Trampı və Merkeli həbs edəcəyinə söz verdi

Kadırov Trampı və Merkeli həbs edəcəyinə söz verdi
  24 Aprel 2018    Oxunub:5061
“ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel və digər Qərb ölkələrinin rəhbərləri Çeçenistana gəlsələr, dərhal həbs olunacaqlar”

AzVision.az xəbər verir ki, belə bir bəyanatla Çeçenistan lideri Ramazan Kadırov çıxış edib.
“Biz Tramp, Merkel və digərlərinə çoxdan sanksiya tətbiq etmişik. Əgər onlar Çeçenistana gəlsələr, dərhal həbs olunacaqlar. Burada bank hesabları aşkar edilsə, onları da bağlayacağıq”, - R.Kadırov vurğulayıb.

Qeyd edək ki, Kanadanın Toronto şəhərində keçirilən G7 xarici işlər nazirlərinin toplantısında Rusiyaya yeni sanksiyaların tətbiqi gündəmə gəlib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Kadirov   Tramp   Merkel  





Xəbər lenti