Qurbanlıq almaq istəyənlərin nəzərinə

Qurbanlıq almaq istəyənlərin nəzərinə
  08 Oktyabr 2013    Oxunub:1168
Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı ilə bağlı əmr verib.
Oktyabrın 15-16 tarixlərində Qurban bayramının keçirilməsi ilə əlaqədar Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların ticarət üçün xüsusi ayrılmış, baytar-sanitariya tələblərinə cavab verən yerlərdə kəsilməsini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 08 oktyabr 2013-cü il tarixli 379 saylı əmr imzalanıb.

Nazirliyin əmrinə əsasən, Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanların sağlam olması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytar-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədilə zoobaytar mütəxəssisləri heyvanların kütləvi halda kəsim yerlərinə təhkim olunublar.

Eyni zamanda, qurbanlıq heyvanların saxlanılmasında və kəsilməsində baytar-sanitariya qaydalarına ciddi əməl edilməsi, rayonlardan gətirilən mallara və qoyunlara onların sağlamlıqları barədə 1 nömrəli şəhadətnamənin yoxlanılması və bunun nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülməsi barədə nazirlik aparatının Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinə və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə göstərişlər verilib.

Məlumat üçün bildiririk ki, Bakı şəhərində qurbanlıq heyvanların kəsilməsi aşağıdakı ünvanlarda həyata keçiriləcək:

- Zabrat qəsəbəsi, Kürdaxanı yolu, Zabrat dairəsi;

- Lökbatan qəsəbəsi “Meyvəli” bazarının qarşısı, Sahil qəsəbəsi;

- Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısı;

- Binəqədi rayonu, 3-cü balıqçılar küçəsi;

- Binəqədi rayonu, 8-ci mikrorayon, Rəsulzadə qəsəbəsi;

- Binəqədi rayonu, Bilcəri qəsəbəsi;

- Xətai rayonu, Nobel prospekti, “Nargilə” kafesinin qarşısı”

- Xətai rayonu, Gəncə prospekti, “Fərid” şadlıq evinin yaxınlığında;

- Suraxanı rayonu, Zığ qəsəbəsi;

- Yasamal rayonu, Şərifzadə küçəsi, “İdeal” şadlıq sarayının yaxınlığında;

- Suraxanı rayonu, Bülbülə qəsəbəsi;

- Suraxanı rayonu, Əmircan qəsəbəsi;

- Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi;

- Suraxanı rayonu, Hövsan qəsəbəsi;

- Səbail rayonu, Bibiheybət yolu, 20-ci sahə, ticarət cərgələrinin arası;

- Nizami rayonu, R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişdiyi yer;

- Xəzər rayonu, Binə qəsəbəsi;

- Xəzər rayonu, Qala qəsəbəsi;

- Xəzər rayonu, Mərdəkan qəsəbəsi;

- Xətai rayonu, Gəncə prospekti;

- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi;

- Xətai rayonu, Əhmədli qəsəbəsi;

Əlaqə telefonları: (012) 498-94-47; (012) 565-20-11; (050) 543-33-04; (050) 368-48-05



Teqlər:  





Xəbər lenti