Azərbaycana 151 ölkədən 629 min turist gəlib
Cari ilin yanvar-mart aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 6,4 faiz azalma müşahidə edilib.
2018-ci ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,1 faiz azalaraq 18,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,7 faiz artaraq 204,4 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,3 faizi dəmir yolu və avtomobil, 35,9 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
AzVision.az