YAP iki qəzetdən şikayət etdi

YAP iki qəzetdən şikayət etdi
  08 Oktyabr 2013    Oxunub:979
Yeni Azərbaycan Partiyası (YAP) “Azadlıq” və “Yeni Müsavat” qəzetlərindən Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib.

YAP-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.1 maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Buna baxmayaraq, “Azadlıq” qəzetinin 8 oktyabr 2013-cü il tarixli sayında və “Yeni Müsavat” qəzetinin 8 oktyabr tarixli sayında qanunun bu maddəsi kobud surətdə pozularaq prezidentliyə namizədliyi “Milli Şura” deyilən qurum tərəfindən irəli sürülmüş Cəmil Həsənlinin seçki təşviqatına həsr edilmiş geniş materiallar dərc edilib.

"Adı çəkilən hər iki qəzetin səhifələrində prezidentliyə namizəd Cəmil Həsənlinin təbliğinə yönəlmiş geniş materillar verilib, adı çəkilən namizədin digər prezidentliyə namizədlər əleyhinə çağırışları dərc edilib".

Qeyd edilib ki, Yeni Müsavat” qəzetində Seçki Məcəlləsinin tələblərinin kobud pozuntusunu ehtiva edən daha bir reklam - prezidentliyə namizəd İqbal Ağazadənin seçkiqabağı təbliğat materialı yerləşdirilib.

Yeni Azərbaycan Partiyası bütün bu qanun pozuntularının araşdırılması və hüquqi qiymət verilməsi üçün Mərkəzi Seçki Komissiyasına məktubla müraciət edib.

AzVision.az


Teqlər:





Xəbər lenti