Ermənistanda yenidən etiraz aksiyaları keçirilir

Ermənistanda yenidən etiraz aksiyaları keçirilir
  23 Aprel 2018    Oxunub:1563
Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən nümayişçilər bu gün səhər saatlarından etibarən paytaxt küçələrində yürüşləri bərpa ediblər.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin İrəvanda olan müxbiri məlumat yayıb.
Eyni zamanda paytaxtın bir sıra küçəsində yürüşlər başlayıb. Belə aksiyalardan biri İrəvan Dövlət Universitetinin qarşısında başlayıb.

Qeyd edək ki, İrəvanda etiraz aksiyalarının təşkilatçısı, müxalif deputat Nikol Paşinyan ötən gün polis tərəfindən saxlanılıb. Ermənistanın baş naziri Serj Sarkisyanla Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz olub.

Aprelin 13-ündən etibarən Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Aksiya   Paşinyan  





Xəbər lenti