Ermənistanda 10 min nəfər etiraza qalxdı - (VİDEO)

Ermənistanda 10 min nəfər etiraza qalxdı - (VİDEO)
  23 Aprel 2018    Oxunub:5788
Ermənistanın paytaxtı İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları davam edir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda "Respublika" meydanında keçirilən aksiyaya 10 min nəfər qatılıb. Etirazlara Alen Simonyan rəhbərlik edir.



Qeyd edək ki, bu gün İrəvanda keçirilən etiraz aksiyalarında 230-a yaxın şəxs saxlanılıb. Tutulanlar arasında aksiyaların lideri Nikol Paşinyan da var.

AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz  





Xəbər lenti