"Sarkisyan hiyləgər gediş etdi..." - Politoloq rəyi

"Sarkisyan hiyləgər gediş etdi..." - Politoloq rəyi
  22 Aprel 2018    Oxunub:1976
"Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sarkisyan hiyləgər gediş etdi. Əvvəlcə radikal müxalifətin lideri, deputat Nikol Paşinyanla neytral zonada - oteldə görüşə razılıq verdi, daha sonra bu görüşü televiziya ekranları qarşısında reallaşdırdı, görüşü yarımçıq tərk edərək dünya və Ermənistan ictimaiyyətinə mesaj yolladı ki, rəqibi qanunları saymır, ona qarşı ölçü götürüləcək. Artıq “ölçü” götürülüb, Paşinyan və onun deputat həmkarları həbs olunublar"
AzVision.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İrəvanda baş verən hadisələri şərh edərkən deyib. Politoloq hesab edir ki, bundan sonra Ermənistandakı hadisələr iki ssenari ilə gedəcək.

"Birinci ssenari mitinqləri təşkil edən şəxs həbs olunduğundan mitinq və küçə yürüşləri getdikcə səngiyəcək, çünki polisə “vur” əmri də verilib. Sarkisyan insanları qətlə yetirmək hesabına belə hakimiyyətini qoruyacaq. İkincisi, Paşinyanın yerini əvəz edən tapılacaq və müxalifət birləşərək Serj Sarkisyana qarşı müqaviməti gücləndirəcək. Hadisələrin birinci ssenari üzrə inkişaf edəcəyini proqnozlaşdırıram. Çünki, müxalifət Paşinyana ilk gündən dəstək vermədisə, indi onun boşalan yerini əvəz etməyə çalışmayacaq. Bu yol digər müxalifət liderlərini də Paşinyanın yanına – həbsə aparır. Bütün hallarda heç kimin gözləmədiyi halda Paşinyan təkbaşına ortaya güc qoydu və bu amil Serj Sarkisyana gələcəkdə yeni problemlər yaradacaq"- E.Şahinoğlu vurğulayıb.

Qeyd edək ki, bu gün İrəvanda keçirilən etiraz aksiyalarında 230-a yaxın şəxs saxlanılıb. Tutulanlar arasında aksiyaların lideri Nikol Paşinyan da var.

AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Etiraz   Politoloq  





Xəbər lenti