İrəvanda 277 etirazçı saxlanılıb - Yenilənib

İrəvanda 277 etirazçı saxlanılıb - Yenilənib
  23 Aprel 2018    Oxunub:3526
Bu gün İrəvanda keçirilən etiraz aksiyaları zamanı 277 nəfər saxlanılıb.

Bu barədə “RİA Novosti”yə Ermənistan polisinin nümayəndəsi Edqar Canoyan məlumat verib.
***
(17:10)

İrəvanda Serj Sarkisyana qarşı keçirilən etiraz aksiyalarına qatılan 228 nümayişçi saxlanılıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb. Bildirilib ki, aksiya rəhbəri, müxalif deputat Nikol Paşinyan və daha iki deputat Artur Mirzoyan və Sasun Mikayelyan saxlanılıb.

Onlara qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb.

Qeyd edək ki, aprelin 13-dən başlayaraq İrəvanada Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.

AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti