Paşinyan Sarkisyanı devirməkdə israrlıdır - 4 şərt irəli sürüldü

Paşinyan Sarkisyanı devirməkdə israrlıdır - 4 şərt irəli sürüldü
  21 Aprel 2018    Oxunub:1823
Ermənistanda etiraz aksiyalarının təşkilatçısı, müxalif deputat Nikol Paşinyan hakimiyyətlə dialoqa hazır olduğunu bəyan edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan baş nazir Serj Sarkisyan qarşısında dörd maddədən ibarət şərt irəli sürüb.

Etirazçı deputat bildirib ki, müzakirələr baş nazirin istefası, onun yerinə xalqın namizədinin seçilməsi, müvəqqəti hökumətin yaradılması və növbədənkənar parlament seçkiləri keçirilməsi ətrafında aparılmalıdır.

Qeyd edək ki, Ermənistanın baş naziri Serj Sarkisyan onun təyinatına qarşı çıxan etiraz aksiyasının lideri, parlamentin deputatı Nikol Paşinyanı dialoqa çağırıb. Sarkisyan ölkədə cərəyan edən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib.

Xatırladaq ki, Serj Sarkisyanın Ermənistanın baş nazir postuna seçilməsinə qarşı keçirilən kütləvi etiraz aksiyaları artıq doqquzuncu gündür aramsız davam edir.

AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Paşinyan   Sarkisyan  





Xəbər lenti