İrəvanda tutulan etirazçıların sayı 217-yə çatdı - Yenilənib

İrəvanda tutulan etirazçıların sayı 217-yə çatdı - Yenilənib
  20 Aprel 2018    Oxunub:1837
Ermənistanın paytaxtı İrəvan şəhərində həbs olunan aksiya iştirakçılarının sayı 217-yə çatıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Poisi İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Aşot Aqaronyan bildirib.

**

Son 13 saat ərzində Ermənistanın paytaxtı İrəvanada keçirilən nümayişlərdə həbs olunan aksiya iştirakçılarının sayı 166-ya çatıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Bundan öncə isə 107 nəfərin tutulduğu bildirilmişdi. Saxlanılanlar arasında Ermənistan parlamentinin üzvü, “Çıxış” müxalifət blokunun sədri Nikol Paşinyanın oğlu Aşot Paşinyan da olub. Lakin o, sonradan azad edilib.

Qeyd edək ki, aprelin 13-dən başlayaraq İrəvanada Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz  





Xəbər lenti