"Prezidentin fərmanı şəhidlərə olan münasibətin göstəricisidir" - Vitse-spiker

"Prezidentin fərmanı şəhidlərə olan münasibətin göstəricisidir" - Vitse-spiker
  20 Aprel 2018    Oxunub:1455
"Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır"
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, bu məsələ həm parlamentin, həm də vətəndaş cəmiyyətinin gündəliyində idi: “Cənab Prezident bu məsələni çox asanlaşdırdı. Biz parlament olaraq düşünürdük ki, mövcud qanun layihəsinə müəyyən dəyişikliklər etməklə bunu həyata keçirə bilərik, lakin cənab Prezidentin fərmanı bu məsələni yoluna qoydu”.

Vitse- spiker bildirib ki, fərman Azərbaycan vətəndaşına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş, sağlamlığını itirmiş insanlara olan münasibətin göstəricisidir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bahar-Muradova  





Xəbər lenti