İrəvanda Sarkisyana qarşı etiraz dalğası böyüyür

İrəvanda Sarkisyana qarşı etiraz dalğası böyüyür
  20 Aprel 2018    Oxunub:1421
Ermənistanda Serj Sarkisyanın baş nazir olmasına etiraz edən sakinlər yenidən "Respublika" meydanına toplaşıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müxalif deputat Nikol Paşinyanın rəhbərlik etdiyi aksiyaya xeyli sayda nümayişçi qatılıb. Polis qüvvələri aksiyanın keçirildiyi ərazini nəzarətə alıb.

Paşinyan aksiyalarıın növbəti günlərdə də davam edəcəyini bəyan edib. O, dövlət qurumlarına çalışan şəxsləri də Sarkisyana qarşı etiraza çağırıb.

Qeyd edək ki, İrəvanda aprelin 13-dən etibarən Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz   Sarkisyan  





Xəbər lenti