Kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat - Həbs edilənlər var

Kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat - Həbs edilənlər var
  20 Aprel 2018    Oxunub:7244
Gürcüstan Daxili İşlər Nazirliyi Avropol ilə birgə aprelin 19-da ölkə ərazisində xüsusi əməliyyat keçirib.
Tbilisidə və Siqnaxi rayonu ərazisində aparılan əməliyyat nəticəsində kriminal aləmdə məşhur olan üç nəfər həbs edilib.

DİN-in Kriminal Polisinin rəisi Mamuka Çelidze bu gün keçirdiyi brifinqdə deyib ki, saxlanılan şəxslərin hazırda Avropada olan “qanuni oğrular”la sıx əlaqələri olub və onlardan tapşırıqlar alaraq cinayətlər törədiblər.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar dəstənin üzvü Dmitri Çrelaşvilini Maxata dağında, Qivi Beqiaşvilini Siqnaxi rayonunun Dzveli Anaqa kəndində, Kaxa Bejitaşvilini isə paytaxt Tbilisidə yaxalayıblar. Saxlanılan şəxslər Avropada olan “qanuni oğrular” Malxaz Zedelaşvili, Kaxa Şavliaşvili, Abesalom Papiaşvili və Qeorqi Xatiaşvili ilə daim əlaqədə olublar. Saxlanılan şəxslərin bir nəfərdən ailəsini məhv etməklə qorxudaraq 60 min lari aldıqları istintaqla sübuta yetirilib. (AzərTAc)

AzVision.az


Teqlər: Gürcüstan   Əməliyyat  





Xəbər lenti