Rusiya və NATO generalları Bakıda razılığa gəliblər

Rusiya və NATO generalları Bakıda razılığa gəliblər
  19 Aprel 2018    Oxunub:2321
NATO Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti arasında Bakıda keçirilən görüş barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, generallar proqnozlaşdırmanı və şəffaflığı artırmağa yönəlmiş hərbi rabitə kanallarının dəstəklənməsinə qarşılıqlı maraq nümayiş etdirib:

"Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub. Görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir. Bu da NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğundur. Skaparrotti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər", - deyə NATO-nun mətbuat xidmətinin məlumatında qeyd olunub.

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, ordu generalı Kertis Skaparotti ilə görüşüb. Generallar görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olublar.

AzVision.az


Teqlər: NATO   Rusiya   Bakı   General  





Xəbər lenti