Hərbi, elm, təhsil xərcləri artırıldı

Hərbi, elm, təhsil xərcləri artırıldı
  07 Oktyabr 2013    Oxunub:956
Müdafiə xərcləri 2014-cü ildə dövlət büdcəsi xərclərinin 14.7 faizini təşkil edəcək.
Gələn ilin dövlət büdcəsində müdafiə sahəsi üçün ayrılan xərclər açıqlanıb. Maliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 2014-cü ildə müdafiə xərclərinin 1637362.4 min manat olması proqnozlaşdırılır. Bu isə 2013-cü ilin müvafiq xərclərindən + 7.1 faiz çoxdur.

Eyni zamanda 2014-cü ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün ayrılan xərclərin 1240298.0 min manat təşkil edəcəyi gözlənilir bu isə bu ilki xərclərdən + 11.3 faiz çox deməkdir.

Müdafiə xərcləri 2014-cü ildə dövlət büdcəsi xərclərinin 14.7 faizini təşkil edəcək.

Həmçinin Nazirlikdən bildiriblər ki, gələn ilin dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 26, 6 faiz olmaqla (5337, 3 mln manat), 2013-cü illə müqayisədə 1,3 faiz çox nəzərdə tutulub. Bu, 2013-cü illə müqayisədə 298,9 milyon manat və ya 5,9 faiz çoxdur.

Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4909,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2013-cü illə müqayisədə 475,9 milyon manat və ya 10,7 faiz çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 24,5 faiz təşkil edəcək. Bu, 2013-cü illə müqayisədə 2,2 faiz çoxdur. Gələn il elm xərclərinə 146,8 milyon manat, 2013-cü illə müqayisədə 16,3 milyon manat və yaxud 12,5 faiz çox vəsait ayrılıb. Növbəti ildə təhsil xərcləri üçün 1653,4 milyon manat, 2013-cü illə müqayisədə 123 milyon manat və yaxud 0,8 faiz çox vəsait ayrılıb.



Teqlər:  





Xəbər lenti