İrəvanda etirazçılara qarşı silah tətbiq ediləcək

İrəvanda etirazçılara qarşı silah tətbiq ediləcək
  19 Aprel 2018    Oxunub:1195
İrəvanda etiraz iştirakçılarının aksiyaların gözlənilməz istiqamətdə cərəyan edəcəyi haqda bəyanat ciddi təhdid daşıyır.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin yaydığı məlumatda bildirilib.
Bəyanatda qeyd olunub ki, deputat Nikol Paşinyan tərəfindən təşkilat olunan etiraz aksiyalarının bir sıra iştirakçılarının qanunsuz hərəkətləri onların saxlanılaraq polis bölmələrinə aparılması ilə nəticələnib.

Ermənistan polisi xatırladıb ki, dövlət idarəetmə orqanları xüsusi qorunan obyektlərdir və polislərin təhlükə olduğu təqdirdə silah daxil olmaqla xüsusi vasitələrin tətbiqi ilə bu obyektlərin qorunmasına dair öhdəlikləri var: “Vətəndaşları, mitinqə qatılan azyaşlı iştirakçıları və onların valideynlərini diqqətli olmağa, təşkilatçıların “gözlənilməz addımlar” adlandırdığı qanunsuz çağırışlara uymamağa çağırırıq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Polis  





Xəbər lenti