Sarkisyana qarşı etirazlar davam edir - FOTOLAR (CANLI YAYIM)

Sarkisyana qarşı etirazlar davam edir - FOTOLAR (CANLI YAYIM)
  19 Aprel 2018    Oxunub:2218
İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etirazlar bu gün də davam edir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazlar hökumət binasının qarşısında başlayıb. Aksiyaların təşkilatçısı Nikol Paşinyan hökumət və nazirlik əməkdaşlarını nümayişlərə qoşulmağa çağırıb.
Polis aksiyanı dağıtmaq üçün güc tətbiq edib. İlkin məlumatlara görə, artıq 3 nəfər saxlanılıb. Etirazçılar polis maşınlarının qarşısını kəsərək aksiyaları oturaq şəkildə davam etdiriblər.

Hökümətə qarşı etirazlara rəhbərlik edən Nikol Paşinyan xalqı "Respublika" meydanına toplaşmağa və dövlət qurumlarının fəaliyyətini iflic etməyə səsləyib.













Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti