Qətər Əmiri Azərbaycan prezidentini təbrik edib

Qətər Əmiri Azərbaycan prezidentini təbrik edib
  19 Aprel 2018    Oxunub:1131
Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına davamlı inkişaf, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin isə gələcək illərdə daha da möhkəmləndirilməsini arzulayıram”.

AzVision.az


Teqlər: Qətər   İlham-Əliyev   Prezident  





Xəbər lenti