İrəvan qiyamı: Paşinyanın oğlu və 80 etirazçı tutuldu

İrəvan qiyamı: Paşinyanın oğlu və 80 etirazçı tutuldu
  17 Aprel 2018    Oxunub:1660
Aprelin 17-də Ermənistanın paytaxtı İrəvanda polis etiraz aksiyasına qatılan 80 nəfəri tutub.

AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İrəvan polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan parlamentinin üzvü, “Çıxış” müxalifət blokunun sədri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın həbs edilməsinə gəlincə, idarədən həmin şəxsin saxlanılmadığı bildirilib.

Lakin müxalifət nümayəndləri hesab edirlər ki, saxlanılanlar arasında Aşot Paşinyan da olub. O, Şenqavit Rayon Polis Şöbəsində üç saat dindirildikdən sonra sərbəst buraxılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti