Ermənistanda məxməri inqilab başlayıb

Ermənistanda məxməri inqilab başlayıb
  17 Aprel 2018    Oxunub:2760
Ermənistan parlamentinin deputatı, müxalif “Vətəndaş dialoqu” partiyasının lideri, sabiq prezident Serj Sarkisyanın baş nazir postuna namizədliyinə qarşı etiraz hərəkatına başçılıq edən Nikol Paşinyan respublikada “inqilabi vəziyyətin” yarandığını bildirib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Nikol Paşinyan hazırda bütün güc strukturlarının parlament qarşısına toplandığını bildirib.

“Onlar bizi gözləyir. Lakin biz başqa cür hərəkət edəcəyik. Biz indi yürüş edib digər hökumət binalarının işini iflic edəcəyik”, - deyə Paşinyan əlavə edib. Müxalifət lideri aksiya iştirakçılarının zorakılığı istisna etməli olduqlarını vurğulayıb.

Serj Sarkisyanın baş nazir postuna namizədliyinə etiraz edən nümayişçilər bu gün İrəvanda müxtəlif dövlət idarələrinə girişi bağlayırlar. Hazırda nümayişçilər XİN, Baş Prokurorluq, Dövlət Gəlirləri Komitəsinin girişində toplaşıblar.

AzVision.az


Teqlər: Ermənistan   İnqilab  





Xəbər lenti