Pozuntu yoxdursa, pisdir – KARİKATURA

Pozuntu yoxdursa, pisdir – KARİKATURA
  11 Aprel 2018    Oxunub:13347
Azərbaycanda Prezident seçkisi yüksək seçici fəallığı, eyni zamanda, sakit və sabit bir atmosferdə keçir. İstər beynəlxalq, istərsə də yerli müşahidəçilər heç bir ciddi nöqsan qeydə almayıblar.
Buna baxmayaraq, bir dəstə radikal həmişəki kimi ara qarışdırmağa cəhdlər edir. Onlar sosial şəbəkələrdə korlanmış bülletenlərin şəkillərini yayaraq, bunu etiraz kimi qələmə verməyə çalışır, guya pozuntuların müşahidə olunduğu haqqında statuslar yazırlar. Halbuki, MSK-nın “qaynar xətti”nə də bu saata qədər heç bir şikayət daxil olmayıb. Dediyimiz kimi, real seçkilər tam sakit və sabit şəraitdə keçir.

Hərçənd, bu adamları başa düşmək çətin deyil: Onlar öz fəaliyyətlərinin guya hansısa “nəticə” verdiyini necəsə göstərməlidirlər axı... Əgər seçkilər şəffaf, qanuni, heç bir pozuntu olmadan keçirsə, bu, onlar üçün çoox pisdir!..



Teqlər: Seçki  





Xəbər lenti