NATO-nun Baş Komandanı Gerasimovla Bakıda görüşə bilər

NATO-nun Baş Komandanı Gerasimovla Bakıda görüşə bilər
  10 Aprel 2018    Oxunub:2370
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti aprelin sonuna qədər görüş keçirmək niyyətindədir.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, generallar gərginliyin artması şəraitində hərbi insidentlərin qarşısını almaq barədə müzakirələr aparmaq istəyirlər.

“Generallar Gerasimov və Skaparottinin görüşünə hazırlıq bitmək üzrədir, görüş bu ay keçiriləcək. Onların danışıqlarının əsas mövzusu Rusiya və NATO-nun hərbi sahədə addımlarının yanlış anlaşılmaması üçün hərbi insidentlər barədə xəbərdarlıq məsələləri olacaq. Bu cür kontaktlar gərginliyin artması şəraitində olduqca önəmlidir”, - deyə “TASS”-a Brüsseldə olan diplomatik mənbə bildirib.

Qeyd edək ki, bu ilin yanvarında nüfuzlu "BuzzFeed" saytı ABŞ və Avropa İttifaqındakı anonim mənbələrə istinadən NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı K. Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi V. Gerasimovun Bakıda görüşəcəyi barədə məlumat yaymışdı.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: NATO   Rusiya  





Xəbər lenti