Keçmiş ərindən Gültəkin Hacıbəyliyə yeni ittiham

Keçmiş ərindən Gültəkin Hacıbəyliyə yeni ittiham
  06 Oktyabr 2013    Oxunub:2283
AzVsison.az xəbər verir ki, Sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş əri Mahmud Mehdiyev onu yenə də böhtançılıqda və yalan danışmaqda ittiham edib.
Qeyd edək ki, G.Hacıbəyli bu gün bir sıra müxalifyönlü nəşrlərdə Mahmud Mehdiyevin və onun bacısı Aynur Mehdiyevanın şərəf və ləyaqətini aşağılayan informasiyalar yayıb. Sabiq deputat Daxili İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatı qəsdən təhrif edərək keçmiş baldızı Aynur Mehdiyevanı ağır cinayətlər törətməkdə ittiham edib. G.Hacıbəyli onu insan alverinin təşkilində də suçlayıb. G.Hacıbəyli sonra bir qədər də irəli gedərək deyib ki, keçmiş əri onu öz bacısının cinayətlərini ört-basdır eləmək üçün məhkəməyə verib.

G.Hacıbəylinin keçmiş əri Mahmud Mehdiyev isə virtualaz.org saytına açıqlamasında bu ittihamları təkzib və rədd edərək bildirib ki, keçmiş arvadı müxalifət mətbuatının əli ilə ictimaiyyəti yenə də çaşdırmağa çalışır.

“Mən əvvəl demişdim ki, Gültəkin Hacıbəylini hələ mayın 17-də məhkəməyə vermişəm. İyunun 10-da isə mənim anam Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Gültəkin Hacıbəyli tərəfindən ailəmizə vurulan 50 min manat məbləğində zərərin ödənilməsini tələb etdi. Filippin vətəndaşı olan qadınla bağlı informasiya isə DİN-in saytında bundan yalnız üç gün sonra yerləşdirilib. Yəni Gültəkin Hacıbəyli cəmiyyəti yenə də aldatmağa çalışır. O deyir ki, guya bacımı cinayət təqibindən xilas etmək üçün hakimiyyət məni və anamı Gültəkin Hacıbəylini məhkəməyə verməyə məcbur edib. Bu, çox həyasızcasına deyilmiş bir yalandır. Belə ki, bizim iddia ərizəmiz Nəsimi Rayon Məhkəməsinə DİN-in saytının həmin informasiyanı yaymasından üç gün əvvəl daxil olub. Bizim iddia ərizəmizin bir surəti də Gültəkin Hacıbəylidədir. Götürüb baxa bilər. Həmin ərizənin üstündə tarix də 10 iyun kimi göstərilib. Gültəkin Hacıbəyli bu informasiyanı özünün müxalifətdəki yeni dostlarından sadəcə olaraq gizlədir” - deyə M.Mehdiyev bildirib.
M.Mehdiyev bir daha bəyan etdi ki, G.Hacıbəylinin bütün açıqlamaları və sözləri həyasızcasına deyilmiş ağ yalandan başqa bir şey deyil.
Yada salaq ki, G.Hacıbəyli özünün keçmiş baldızını insan alverinin təşkilində ittiham edib. Bundan sonra isə sabiq deputatın keçmiş əri və keçmiş baldızı onu şərəf və ləyaqətin alçaldılması iddiası ilə məhkəməyə verib.


Teqlər:





Xəbər lenti