Anjelika Volkçova 48 yaşında vəfat edib

Anjelika Volkçova 48 yaşında vəfat edib
  09 Aprel 2018    Oxunub:1584
Rusiyanın əməkdar artisti, “Müasir Pyeslər Teatrının” aktrisası Anjelika Volkçova vəfat edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, aktrisa ağır xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib.

Əməkdar artistlə vida mərasimi sabah teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.

Azərbaycan tamaşaçılarına “Muxtarın qayıdışı” serialından yaxşı tanış olan aktrisa həmçinin “Londonqrad” və “Qromovlar” serialarında maraqlı obrazlar yaradıb.

AzVision.az


Teqlər: Anjelika-Volkçova   Aktrisa  





Xəbər lenti