Fələstinin Asiyadakı səfirlərinin illik toplantısı Bakıda keçiriləcək

Fələstinin Asiyadakı səfirlərinin illik toplantısı Bakıda keçiriləcək
  06 Aprel 2018    Oxunub:1496
"Qoşulmama Hərəkatı Üçlüyünün (Troika) üzvü qismində Bakıda Fələstin üzrə Nazirlər Komitəsinin iclasına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir"
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında bildirib.

Nazir Fələstin xalqı ilə tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və davamlı həllinə qəti dəstəyimizi bir daha bəyan edib.

"Təəssüf ki, şiddət və münaqişələr hələ də dünyada inkişaf və tərəqqiyə mane olur. Qəzza zolağında baş verən hadisələr dərin narahatlığımıza səbəb olur. Qonşu Ermənistanla həll edilməmiş münaqişədən, işğal edilmiş ərazilərimizdə etnik təmizləmə və qeyri-qanuni məskunlaşmadan əziyyət çəkən bir dövlət kimi Azərbaycan Fələstini aydın şəkildə anlayır. Fələstin və Azərbaycan tarixən bütün beynəlxalq forum və təşkilatlarda əməkdaşlıq edib və bir-birini dəstəkləyib. Bu həmrəylik müxtəlif mərhələlərdə öz sübutunu tapıb".

Məmmədyarov vurğulayıb ki, Azərbaycan 2013-cü ildə “Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı” və “Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” kimi iki uğurlu konfransa ev sahibliyi edib və Müqəddəs şəhərin infrastrukturunun inkişafı və saxlanılması üçün mühüm ianə ayırıb.

"2017-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının himayəsi ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib".

Məmmədyarov qeyd edib ki, Azərbaycan hökuməti 2018-ci ilin sonunda Bakıda Fələstin dövlətinin Asiyada akkreditə olunan səfirlərinin illi toplantısına ev sahibliyi etməyi planlaşdırır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Fələstin  





Xəbər lenti