“Növbəti döyüşdə düşmən böyük “sürpriz”lə qarşılaşacaq” - General Bərxudarov
"Bu gün biz həmin əlverişli yüksəkliklərdən gələcək döyüşləri daha uğurlu aparmaq üçün çox geniş bir görüntüyə malik olan əraziyə nəzarət edə bilirik. Lələtəpəni ələ keçirəndə birinci yaralanan əsgəri heç zaman unutmuram. Qarşılaşanda soruşdum əsgər yaxşısan? Dedi: "Komandir, Vətən sağ olsun!". Bu vəziyyət bir komandir olaraq mənə daha da güc verdi".
Hərbi birlik komandiri qeyd edib ki, aprel döyüşlərində qüvvəmizin çox az bir hissəsindən istifadə olunub: "O qüvvə ilə Ermənistan ordusunu geri oturduq. Hazırda ordumuz düşmənin hər bir fəaliyyətini, addımını və hərbi texnikasının hərəkətini izləmək qabiliyyətinə malikdir. Bunun üçün bizim ən müasir gecə və gündüz görmə cihazlarımız var. Bunu düşmən də hiss edir. Onlar bizimlə ayaqlaşmaq istəyirlər, amma buna çata bilmirlər. Ən ucuz aparatlardan istifadə edirlər. Ordumuz günü-gündən güclənir. Aprel döyüşlərindən sonra da ordumuzun arsenalına güclü və müasir silahlar daxil olub. Növbəti döyüşdə düşmən böyük "sürprizlə" qarşılaşacaq".
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Aprel-döyüşləri General Mayis-Bərxudarov