871 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib

871 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib
  03 Aprel 2018    Oxunub:1015
Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərini müşahidə etmək üçün 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) və Dairə Seçki Komissiyalarında (DSK) qeydiyyatdan keçib.
AzVision.az-ın məlumatına görə, seçkiləri 58 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək. Beynəlxalq müşahidəçilər 59 ölkəni təmsil edirlər.

Seçkini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 56864 nəfərdir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Müşahidəçi  





Xəbər lenti