Ermənistan ordusunda oğurluq - Hərbi komissar şoka düşdü

Ermənistan ordusunda oğurluq - Hərbi komissar şoka düşdü
  03 Aprel 2018    Oxunub:1155
Ermənistanın Şirak vilayətinin Aşotsk Hərbi Komissarlığından qəribə olay baş verib.
AzVision.az “Jovohurd” nəşrinə istinadən xəbər verir ki, Komissarlıqdan iki avtomat və 48 güllə yoxa çıxıb.

“Bu fakt növbətçi dəyişikliyi baş verərkən aşkarlanıb. Növbəni qəbul edən hərbçi bunu görərək bütün hüquq- mühafizə orqanlarına xəbər verib. Hazırda Hərbi Komissarlığın işçiləri sorğu sual edilir. Əldə etdiyimiz məlumata görə, Hərbi Komissarlığın əməkdaşları, hərbçilər hadisədən xəbərsiz olduqlarını bildiriblər”, - deyə nəşr yazıb.

Hadisə barədə nəşrə danışan hərbi komissar Levon Karapetyan sadəcə şokda olduğunu bildirib: “Mən baş verən hadisənin detallarını bilmirəm. İnanın mənə, heç nəyi gizlətmirəm, sadəcə bu mənim vəzifə səlahiyyətlərimdən kənara çıxır”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Oğurluq   Komissar  





Xəbər lenti