Azərbaycanda hərbi parad keçiriləcək

Azərbaycanda hərbi parad keçiriləcək
  03 Aprel 2018    Oxunub:17689
Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani bildirib.

O, qeyd edib ki, hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikaları nümayiş etdiriləcək.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.

Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.

AzVision.az


Teqlər: Abdulla-Qurbani   Parad  





Xəbər lenti