Qubernator istefa verdi - Rusiyadakı yanğına görə

Qubernator istefa verdi - Rusiyadakı yanğına görə
  01 Aprel 2018    Oxunub:1709
Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev vəzifəsindən istefa verib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, Tuleyev istefa ərizəsi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Putin onun istefasını qəbul edib.
Rusiya prezidenti Sergey Tsivilyovu vilayətin müvəqqəti qubernatoru təyin edib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində dəhşətli yanğın olub. Hadisə nəticəsində 64 nəfər həlak olub, 79 nəfər yaralanıb.

AzVision.az


Teqlər: Rusiya   Qubernator  





Xəbər lenti